Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə 91 xarici vətəndaşı ölkədən deportasiya edib.
SİA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, deportasiya tədbirləri Miqrasiya Departamentinin əməkdaşları tərəfindən nazirliyin müvafiq bölmələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.
Ölkədən çıxarılan şəxslər arasında Türkiyə, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, Pakistan, İordaniya, Ermənistan, Tayland, Tacikistan, Misir, Hindistan, Konqo, Nigeriya, Sudan, Uqanda, Filippin, Çin və İraq vətəndaşları da var.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.
Nazirliyin məlumatına görə, 2026-cı ilin əvvəlindən indiyədək Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 700-dən çox xarici vətəndaş Gürcüstandan deportasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB