COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Türkiyənin Antalya şəhərində davam edən COP31 tədbirinin ikinci günü enerji və infrastruktura həsr olunub.

SİA xəbər verir ki, gün ərzində enerji təhcizatı təhlükəsizliyi, elektrikləşdirmə, şəbəkə infrastrukturu, enerji şaxələndirilməsi, enerji səmərəliliyi və dayanıqlı nəqliyyat mövzuları geniş müzakirə ediləcək.

Bu çərçivədə Azərbaycan pavilyonunda da bir sıra mühüm tədbir və panel iclaslarının keçirilməsi nəzərdə tutulur.

Təqdim olunan proqrama əsasən, Azərbaycan pavilyonunda bu gün Yaşıl Enerji Strateji Tərəfdaşlığı üzrə 4-cü Nazirlər Toplantısı, "Yaşıl enerji dəhlizləri və regional əlaqəlilik: Elektrikləşdirmə üçün əməkdaşlığın gücləndirilməsi", "Təmiz hidrogenin tətbiqinin sürətləndirilməsi", "Binalarda enerji səmərəliliyinin artırılması: rəqəmsal həllər və regional əməkdaşlıq", "İcra üçün karbon bazarları: dürüstlük, sərmayə və beynəlxalq əməkdaşlıq" mövzularında müzakirə və toplantıların təşkili nəzərdə tutulur.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə