Şəkiyə 33 sm qar yağıb - HAVA

Şəkiyə 33 sm qar yağıb - HAVA

Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumatına görə, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.

Bu barədə SİA- ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala), Şahdağda 28, Lazada (Qusar) 24, Xınalıqda 23, Kəlvəzdə (Lerik) 10, Şahbuzda 8, Gədəbəydə 6, Xaltan, Altıağacda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Pirallahıda 31, Maştağada 16, Binədə 12, Bakıda 11, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Göyçayda 26, Oğuzda 21, Qubada 15, Qəbələdə 12, Astarada 8, Yardımlıda 6, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz, Şabranda 1-5 mm-dir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə