Azərbaycanın qadın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.
SİA-nın məlumatına görə, yığma A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB