İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq
İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ermənistan iki ildən çoxdur ki, KTMT-yə üzvlük haqqını ödəmir, buna görə də onun səsvermə hüququndan və təşkilatdakı vəzifələrə namizəd irəli sürmək hüququndan məhrum edilməsi məsələsi qaldırılıb.

Lavrovun sözlərinə görə, bu məsələyə sabah KTMT dövlət başçılarının Kremldə keçiriləcək sammitində baxılacaq.

Rusiya XİN başçısı vurğulayıb ki, "Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilsə belə, İrəvan kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində bütün əsas hüquqlarını, o cümlədən kollektiv təhlükəsizlik hüququnu saxlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə