Biləsuvarda avtomobil yolu keçən piyadanı vurub

Biləsuvarda avtomobil yolu keçən piyadanı vurub

Bakı-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə