Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə görüşüb

Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin rəhbəri ilə görüşüb

Beynəlxalq Enerji Agentliyi (BEA) ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə BEA-nın rəhbəri Fatih Birolla Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında fikir mübadiləsi aparılıb.

"Biz Antalyadakı müzakirələrin Bakıdakı COP29-un nəticələrinə, o cümlədən Qlobal Enerji Saxlanması, Şəbəkələr Öhdəliyinə və əvvəlki digər COP-ların nəticələrinə necə əsaslana biləcəyi barədə danışdıq", - F. Birol "X" sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, görüş Türkiyədə keçirilən COP31 çərçivəsində baş tutub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə