ABŞ Polşada hərbi baza tikir

ABŞ Polşada hərbi baza tikir

Pentaqon amerikalı hərbçilərin orada daimi yerləşdirilməsi üçün Polşada hərbi bazanın tikintisini təsdiqləyib. SİA xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.

"Polşada ABŞ-nin daimi bazası ilə bağlı Pentaqondan "yaşıl işıq" var", - Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Vaşinqtonda Pentaqon rəhbəri Pit Heqsetlə danışıqların yekunları üzrə bildirib.

Qurumun məlumatına görə, yekun qərar dekabrın əvvəlində Ağ Ev tərəfindən qəbul ediləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə