İsti içkilərin, xüsusilə də çox yüksək temperaturda (65°C-dən yuxarı) müntəzəm qəbulu sağlamlıq üçün müəyyən risklər yarada bilər. Belə içkilər ağız boşluğunun, boğazın və qida borusunun selikli qişasını zədələyə, yanma və qıcıqlanmaya səbəb ola bilər.
Bu sözləri SİA-ya qida eksperti Fərid Səfərov deyib.

O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, çox isti içkilərin müntəzəm qəbulu qida borusu xərçəngi riskinin artması ilə əlaqələndirilir. Burada əsas risk içkinin növü deyil, onun qəbul edildiyi temperaturdur:
“Bundan əlavə, həddindən artıq isti içkilər həssas dişlərdə narahatlıq yarada və ağız boşluğunda termiki zədələnməyə səbəb ola bilər.
Çay, qəhvə və digər isti içkiləri qaynar halda deyil, bir qədər soyuduqdan sonra, təxminən 60°C-dən aşağı temperaturda qəbul etmək daha məqsədəuyğundur. Əsas məsələ içkinin miqdarından çox, onun temperaturuna və müntəzəm istehlak vərdişinə diqqət yetirməkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB