TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir. Bu hesabatlarda istifadəçilərin təhlükəsizliyinin qorunması və kontent yaradıcılarına dəstək istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

SİA xəbər verir ki, TikTok 2026-cı ilin ikinci rübündə istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin nəticələrini əks etdirən İcma Qaydalarına əməl olunmasına dair yeni hesabatını təqdim edib. Hesabatdaİcma Qaydalarını pozan videoların daha sürətli aşkarlanmasına və silinməsinə imkan verən məzmun moderasiyası üzrə yeni yanaşmalar haqqında da məlumat verilib.

Hesabata əsasən, 2026-cı ilin aprel–iyun ayları ərzində Azərbaycanda:

• 570 mindən çox video İcma Qaydalarını pozduğuna görə silinib;
• Silinən videoların 99,6%-i istifadəçi şikayətləri daxil olmamışdan əvvəl platforma tərəfindən proaktiv şəkildə aşkarlanaraq silinib;
• İcma Qaydalarını pozan videoların 93,2%-iyayımlandıqdan sonra ilk 24 saat ərzində silinib.

Dünya üzrə isə eyni dövrdə TikTok tərəfindən:

• Platformanın qaydalarını pozan 188 milyondan çoxvideo silinib;
• Kontentin 99,5%-i istifadəçi şikayətləri daxil olmamışdanəvvəl silinib. Bu, platforma tarixində indiyədək qeydəalınan ən yüksək göstəricidir;

Kontentin 92,7%-i yayımlandıqdan sonra ilk 24 saatərzində silinib.

TikTok süni intellekt də daxil olmaqla, məzmunmoderasiyası texnologiyalarını təkmilləşdirməyə davamedir. 2026-cı ilin ikinci rübündə dünya üzrə silinənvideoların 97,4%-i süni intellekt texnologiyalarındanistifadə edən avtomatlaşdırılmış sistemlər vasitəsiləsilinib. Bu, platformanın fəaliyyəti tarixində qeydə alınanən yüksək göstəricidir.

Bu alətlərin inkişafı İcma Qaydalarını pozan məzmunundaha operativ aşkarlanmasına və istifadəçilərin beləvideolarla qarşılaşma ehtimalının azaldılmasına imkanverir.

Moderasiya prosesində TikTok-un təhlükəsizlikkomandası da iştirak edir. Mütəxəssislər daha mürəkkəbvə mübahisəli halları, o cümlədən istifadəçi şikayətləriəsasında yoxlanılması tələb olunan məzmunlarınəzərdən keçirir və onların məhdudlaşdırılmasınaehtiyac olub-olmadığı barədə qərar verirlər. Qaydapozuntusu təsdiqləndiyi halda, hesab sahibinə müvafiqbildiriş göndərilir.

TikTok saxta hesablar və süni şəkildə artırılangöstəricilərlə mübarizəni də gücləndirir. 2026-cı ilin ikincirübündə platforma dünya üzrə 352 milyondan çoxsaxta hesabın yaradılmasının qarşısını alıb. Bununlayanaşı, 6,2 milyarddan çox süni şəkildə artırılmışbəyənmə, 2,7 milyard saxta izləyici və saxtahesablardan paylaşılmış 190 milyon şərh silinib. TikTok, həmçinin izləyicilərin sayını süni şəkildə artırmağayönəlmiş 7,5 milyarddan çox cəhdin qarşısını alıb.

Bu cür pozuntuları aşkarlamaq üçün platforma saxtagöstəricilərlə mübarizə aparan və kontentyaradıcılarının, eləcə də onların videolarınınpopulyarlığının süni şəkildə artırılmasına imkanverməyən texnologiyalarını təkmilləşdirir.

TikTok İcma Qaydalarına əməl olunması ilə bağlıhesabatları mütəmadi dərc etməklə fəaliyyətindəşəffaflığı təmin etməyə və istifadəçiləri onlarınyaradıcılığı və ünsiyyəti üçün təhlükəsiz rəqəmsalmühitin formalaşdırılmasına yönəlmiş tədbirlər barədəməlumatlandırmağa davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə