"Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı" mövzusunda Elmi-praktiki simpozium həyata keçiriləcək
27 noyabr 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı" mövzusunda Elmi-praktiki simpozium həyata keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqu Günay Məmmədova Elmi-praktiki simpoziumun “Epidemiologiya skrininq və erkən aşkarlkanma” mövzusunda I panelində “Aterosklerozun epidemiologiyası və ürək-damar risklərinin idarə edilməsi üçün yeni təşkilati texnologiyalar” mövzusunda çıxış edəcək.
Elmi Simpozium əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant şəkildə isə ZOOM platformasından canlı yayımlanacaq. Simpoziumda dislipidemiyanın diaqnostikası, risk qruplarının qiymətləndirilməsi və farmakoterapevtik yanaşmalara həsr edilmiş məruzələr dinləniləcək. Tədbir panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Simpozium proqrama uyğun olaraq kardioloq, kardiocərrah, laborant, terapevt, endokrinoloq, revmatoloq ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Proqramı tamamlayan hər bir iştirakçıya müvafiq olaraq 4 DTT balı və sertifikat veriləcək.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpozumda iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
Qeydiyyat linki: http://https://forms.gle/3WUs3CfPJJMdLGYq7
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB