"Sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Mexaniki nəqliyyat vasitələrinin tiplərindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin motosiklet, kvadrisikl, trisikl, avtomobil, tramvay və trolleybusları idarə etmək hüququ verən növləri vardır".
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsinin verilməsi inzibati məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, bu cür hallara görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulub:
"Sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsinin verilməsi inzibati məsuliyyət yaradır:
Qanunvericiliyə əsasən, bu cür hallara görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin bu vasitəni idarə etmək məqsədilə idarəetmə hüququ olmayan şəxsə verməsinə görə fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə edilir.
Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək.
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-nə qədər mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texnikibaxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəməkdən azad olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB