Rusiya və Ukrayna Əbu-Dabidəki danışıqlarda sülhə yaxınlaşıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
“Mənə elə gəlir ki, bəli, amma indi çox şey prosesin bütün iştirakçılarından asılıdır”, Medinski tərəflərin sülhə daha yaxın olub-olmaması sualına cavabında deyib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların əsas mövzusu Rusiya və Ukraynanın təhlükəsizliyi olub. Yekunda tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB