Alma-Atı məscidlərində İslam maliyyəsinin əsasları üzrə kurslar başlayıb...

Alma-Atı məscidlərində İslam maliyyəsinin əsasları üzrə kurslar başlayıb...

...İslam maliyyəsinin əsaslarını öyrənmək istəyən Alma-Atı sakinləri şəhər məscidlərində təşkil olunan pulsuz ixtisaslaşmış kurslara dəvət olunurlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kursiv portalı xəbər verir.

Oxşar kurslar əvvəllər Astanada da başlamışdı. Qazaxıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin (SAMK) təhsil layihəsi Qazaxıstanda İslam maliyyəsini inkişaf etdirən beynəlxalq bazar olan İTS tərəfindən fəal şəkildə dəstəklənir. İTS-in baş direktoru Kurmet Orazayevin nəşrə verdiyi məlumata görə, müftilik əvvəlcə cümə namazı zamanı maliyyə savadlılığı təlimi üçün vaxt ayırmağı nəzərdən keçirib.

Lakin sonda tam hüquqlu kursların təşkili qərara alınıb. İTS qeyd edib ki, SAMK kommersiya komponentini aradan qaldırmaq üçün maliyyə şirkətlərinin nümayəndələrinin seminarlara cəlb edilməsinə qarşı çıxıb.

Daha əvvəl Özbəkistan Mərkəzi Bankının İslam maliyyə əməliyyatları üçün ilk lisenziyasını verdiyi bildirilirdi.

Bu arada, Türkiyə İslam bankçılığını suveren sərvət fondunun idarəçiliyi altında dövlət banklarında birləşdirmək qərarına gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə