Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səsvermə hüququndan məhrum edildiyini açıqladı. Bu qərar KTMT Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

"Məsələ qaldırıldı və qərar qəbul edildi. Ermənistanın bir neçə ildir təşkilatın nizamnaməsi üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, Ermənistanın səsvermə hüququndan, eləcə də KTMT-də yüksək vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif edildi və qərar verildi", - Life jurnalisti Aleksandr Yunaşev Peskovun sözlərini sitat gətirib.

2021-2022-ci illərdə Azərbaycanla sərhəd münaqişələri zamanı KTMT Ermənistana hərbi dəstək verməyib. "KTMT ilə bağlı maraqlarımız tükənib, artıq KTMT ilə bağlı heç bir maraqlarımız yoxdur", - Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin 5 noyabrında bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə