"Ankara Ermənistan və Azərbaycan arasında sülh prosesini yaxından izləyir" - Ərdoğan

"Ankara Ermənistan və Azərbaycan arasında sülh prosesini yaxından izləyir" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 iqlim sammiti çərçivəsində Antalyada ikitərəfli görüş keçiriblər.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar zamanı liderlər Ankara ilə Yerevan arasında münasibətlərin normallaşma dinamikasını, əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini və ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Xarici siyasət gündəliyinin əsas məsələsi regional nəqliyyat arteriyalarının və kommunikasiyalarının açılması, xüsusən də TRIPP layihəsinin başlanması üçün praktik addımlar olub. Həmsöhbətlər qeyd ediblər ki, Azərbaycan və Ermənistan arasındakı sülh prosesi Cənubi Qafqazda regional əməkdaşlığa və sabitliyə hiss olunacaq təkan verib.

Ərdoğan vurğulayıb ki, Türkiyə Bakı ilə Yerevan arasındakı sülh prosesini yaxından izləyir və regionda uzunmüddətli sülhün möhkəmləndirilməsini tam dəstəkləyir. Türkiyə Prezidenti həmçinin Türkiyə-Ermənistan normallaşma prosesinin məntiqi sonluğuna çatdırılmasının vacibliyini vurğulayıb. Söhbətin əvvəlində Paşinyan Türkiyə liderini genişmiqyaslı beynəlxalq forumun təşkili münasibətilə təbrik edib və İzmir metallurgiya zavodundakı partlayış nəticəsində insan itkisi ilə bağlı başsağlığı verib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə