Qışda mənzillərdə nəmlik və kif yaranmasının səbəbi nədir?

Qışda mənzillərdə nəmlik və kif yaranmasının səbəbi nədir?

Qışda mənzillərdə nəmlik və kif yaranmasının əsas səbəblərindən biri kondensasiyadır. Yemək bişirmək, duş qəbul etmək və evdə paltar qurutmaq havadakı nəmi artırır.

Bu sözləri SİA-ya təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O bildirib ki, havalandırma zəif olduqda bu nəm evdə toplanır, su buxarı soyuq divar və pəncərə səthlərində su damcılarına çevrilir:

“Səthlərin uzun müddət nəm qalması kif göbələklərinin inkişafına şərait yaradır.
Zəif istilik izolyasiyası, mənzilin kifayət qədər isidilməməsi və işləməyən havalandırma sistemi problemi gücləndirir. Damdan, fasaddan və su borularından sızmalar da nəmlənməyə səbəb ola bilər. Buna görə hər mənzildə nəmin mənbəyi ayrıca müəyyənləşdirilməlidir.

Qarşısını almaq üçün otaqları müntəzəm havalandırmaq, mətbəx və hamamda işlək havaçəkənlərdən istifadə etmək, havalandırma dəliklərini bağlamamaq və mənzili yetərincə isitmək lazımdır.

Aşkarlanan sızmalar və izolyasiya qüsurları da aradan qaldırılmalıdır. Kifin təkrar yaranmaması üçün onun təmizlənməsi ilə yanaşı, nəmlənmənin səbəbi də həll edilməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə