Çin məhsullarının Azərbaycan bazarında artması yerli istehsalçılara necə təsir edir? - İQTİSADÇI DANIŞDI
"Çin məhsullarının Azərbaycan bazarında payının artmasının yerli istehsala təsiri məhsulun kateqoriyasına görə fərqlidir".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.

Onun sözlərinə görə, əgər hər hansı bir məhsulun ölkəmizdə yerli istehsalı mövcuddursa və onun maya dəyəri idxal məhsulunun maya dəyərindən yüksəkdirsə, bu zaman deyə bilərik ki, idxal məhsulu yerli istehsalı bazardan sıxışdırıb çıxarır:
"Digər tərəfdən, mövzuya aydınlıq gətirsək, bir çox məhsulun ölkəmizdə yerli istehsalı mövcud deyil və istehlakçıların həmin məhsullara marağı var. Bu məhsulların satışının artması pul dövriyyəsinin genişlənməsinə və özəl sahibkarlıq fəaliyyətinin daha da inkişaf etməsinə şərait yarada bilər.
Ölkə iqtisadiyyatı üçün riskli tərəflərinə gəldikdə isə, idxal məhsullarının ölkəyə gətirilməsi xarici valyutanın ölkədən çıxmasına şərait yaradır. Əgər həmin ölkə ilə ticarət əməkdaşlığımız yetərli səviyyədədirsə, müsbət ticarət saldosu yaranır.
Bu ticarətin görünməyən tərəfi isə idxaldan asılılığın artması, işsizlik səviyyəsinin yüksəlməsi, yerli istehsalın inkişaf etməməsi və başqa sözlə desək, “istehlakçı tənbəlliyi”nin formalaşmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB