Alisson Bekker "Liverpul"u tərk edib Braziliyaya qayıdır?

Alisson Bekker "Liverpul"u tərk edib Braziliyaya qayıdır?

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını ölkəsində davam etdirə bilər. SİA xəbər verir ki, “Flamenqo” 34 yaşlı braziliyalı qolkiperin transferi ilə maraqlanır. Rio-de-Janeyro klubu futbolçunu 2026/2027 mövsümünün sonunda azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir.

“Sport Witness”in məlumatına görə, transferlə bağlı klub rəhbərliyində fikir ayrılığı var. Bəzi rəsmilər Alissonun yüksək maaşının maliyyə baxımdan çətinlik yaradacağını düşünür. “Liverpul” isə hələlik təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə