"Azərbaycanın Avropa ilə əlaqələri və Avropada mövcud olan qurumlarla əməkdaşlığı çoxşaxəlidir. Xüsusilə, Azərbaycan Avropa İttifaqı və NATO ilə kifayət qədər işgüzar və məhsuldar əməkdaşlığa malikdir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Taleh Əliyev deyib.

Onun sözlərinə görə, son zamanlara qədər Azərbaycanın ATƏT-lə, o cümlədən Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə də qarşılıqlı əlaqələri mövcud idi:
"Təəssüflər olsun ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli yanaşmasından sonra bu münasibətlərdə müəyyən durğunluq yaşanır. Avropa Siyasi Birliyinin forumlarına gəldikdə isə, Azərbaycan bu birliyin ilk tədbirlərindən etibarən fəal iştirakçıdır. Heç də təsadüfi deyil ki, növbəti zirvə toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı prinsipial razılıq əldə olunub. Hər hansı fors-major halı baş verməzsə, növbəti toplantı Azərbaycanda keçiriləcək.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan həm ikitərəfli formatda əməkdaşlıq etdiyi Avropa dövlətləri ilə, həm də kollektiv əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafında maraqlıdır. İnanırıq ki, növbəti mərhələdə bu əməkdaşlığın daha da genişlənməsinin və şaxələnməsinin şahidi olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB