Tramp “süni intellekt” əvəzinə “super intellekt” termininin işlədilməsini vacib sayıb
Trampdan tövsiyə..?

“Fox News” və “The Wall Street Journa”l heç vaxt super intellekt ifadəsindən istifadə etmirlər. Onlar hər fürsətdə süni intellekt ifadəsini işlətməyə çalışırlar. Amma eybi yoxdur, çünki super intellekt həmişə süni intellekt üzərində üstünlük qazanacaq. Bu, daha dəqiq addır – söhbət süni deyil, super olan intellektdən gedir!

SİA-nın əldə etdiyi məlumata görə, bunu Tramp deyir.

Şennon Brim onun süni intellekt (AI) adlandırdığı mövzu ilə bağlı veriliş aparır. O, dönə-dönə “süni” sözünü işlədir. Kimsə, zəhmət olmasa, ona izah edə bilərmi ki, söhbət süni intellektdən deyil, super intellektdən gedir və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkins tezliklə bu terminin istifadəsini məcburi edəcək. O da mənim kimi dildə dəqiqliyə böyük əhəmiyyət verir!”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə