Pakistanda silahlılar 11 kömür işçisini öldürdü - TƏCİLİ

Pakistanda silahlılar 11 kömür işçisini öldürdü - TƏCİLİ

Pakistanın Bəlucistan əyalətində silahlı şəxslərin kömür mədənində çalışan işçilərə hücumu nəticəsində 11 nəfər öldürülüb. SİA xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hadisə Kohlu rayonunda baş verib. Silahlılar iki avtomobildə hərəkət edən mədən işçilərinin qarşısını kəsərək onları dağlıq əraziyə aparıb və öldürüblər. Daha sonra hadisə yerindən qaçıblar.

Polis hücum edənlərin axtarışına başlayıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə