"Mənsur Abbasın HƏMAS-la bağlı açıqlaması siyasi əməkdaşlıq imkanlarını genişləndirməyə hesablanıb" - POLİTOLOQ
"İsraildə RAAM ərəb partiyasının sədri Mənsur Abbas HƏMAS-ı açıq şəkildə terror təşkilatı kimi tanıdığını bildirib".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq bildirib ki, “Partiyamız 7 oktyabr 2023-cü il tarixli hücumu çoxdan pisləyib və HƏMAS-ın hərəkətlərini terror aktı kimi qiymətləndirir:
"Əvvəllər bu ifadəni işlətməkdən çəkinirdim, çünki bunun Qəzza zolağındakı mülki şəxslərə qarşı zərbələri əsaslandırmaq üçün istifadə oluna biləcəyindən ehtiyat edirdim”, – deyə o vurğulayıb.
Mənsur Abbasın açıqlaması kifayət qədər maraqlı və diqqətçəkən olsa da, təəccüblü deyil. Belə ki, hazırda Qadi Eyzenkotun rəhbərlik etdiyi siyasi blok hökumət koalisiyasına qoşulmaq istəyən partiyalar üçün HƏMAS-ın terror təşkilatı kimi tanınmasını şərtlərdən biri kimi irəli sürüb. Mənsur Abbasın açıqlaması da RAAM-ın gələcək hökumətdə iştirak imkanlarını genişləndirməyə hesablanıb. Yəni bu, siyasi addımdır.
M. Abbas əslində ağıllı gediş edir. Çünki ərəb partiyaları sonuncu parlament seçkilərində tarixi nəticə əldə edərək 16 mandat qazanıblar. Bu nəticəni əldə etmək qədər onu qorumaq və effektiv şəkildə istifadə etmək də vacibdir. M. Abbas Q. Eyzenkotla siyasi əməkdaşlıq edərək həm hökumətdə yer almaq, həm də B. Netanyahunun hakimiyyətə qayıtmasına və işğal siyasətini davam etdirməsinə qarşı siyasi alternativ formalaşdırmaq istəyir.
HƏMAS Fələstin və Qəzza üçün heç bir halda müsbət perspektiv vəd etmir. Axan qanı dayandırmaq üçün prosesə kənardan baxmaq deyil, onun daxilinə daxil olaraq təzyiq göstərmək və dəyişikliklərə nail olmaq lazımdır.
M. Abbasın etmək istədiyi də, məncə, məhz budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB