Astarada qatar 34 yaşlı piyadanı vurub

7 Dekabr 2024 09:16 (UTC+04:00)

Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib. SİA-nın verdiyi xəbərə görə əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.