Tovuzda qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib, oğlu şübhəli qismində saxlanılıb
Tovuz rayonunda qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə