Dövlət və özəl baxçalar arasında nə kimi fərqlər var? - EKSPERT FİKRİ

"Məktəbəqədər təhsil müəssisələri dövlət və özəl olmaqla iki yerə ayrılır. Adından da göründüyü kimi dövlət tərəfindən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisəsi Elm və Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir. Tabeçilik dövlətə məxsus olduğu üçün və bu məktəbə qədər təhsil müəssisəsində vahid yanaşma mövcuddur. Yəni konkret məktəbəqədər təhsil müəssisəsinin və işinin təşkili, təlim-tərbiyə prosesi, ümumilikdə onun idarə olunması ilə bağlı vahid prinsiplər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

Onun sözlərinə görə, son illərdə kifayət qədər geniş yayılmış özəl baxçalar mövcuddur: "Əslində bu baxçalar məktəbəqədər təhsil müəssisəsi statusunda fəaliyyət göstərirsə, həmin müəssisələr təhsil müəssisəsi statusu alması üçün müvafiq lisenziyaya malik olmalıdırlar: "Amma bu lisenziyanı almaq çətin olduğu üçün, əksər özəl baxçaların xeyli hissəsində sadəcə adını məktəbəqədər təhsil müəssisəsi kimi qoymurlar, başqa formada məsələn uşaqların inkişaf mərkəzi və başqa adlarla bu baxçaları açırlar. Fəaliyyət istiqamətlərini qeyd edərək, həmçinin vergi ödəyicisi kimi qeydiyyatdan keçirlər. Lakin o təhsil müəssisəsi deyil. Amma özəl müəssisələr var ki, onlar uşaq baxçası statusunda müvafiq lisenziyalara malikdirlər, xeyli şəbəkələr də burada mövcuddur. Şəbəkə dedikdə burada müxtəlif bir adda qeydiyyatdan keçmiş və müvafiq lisenziya almış məktəbəqədər təhsil müəssisəsinin onlarla filialları mövcuddur. Bəs valideynlər özəl baxçalara niyə üstünlüyü çox verirlər? Söhbət burada imkandan gedir. Yəni imkanlı valideynlər özəl baxçalara üstünlüyü çox verirlər. Çünki valideyn bilir ki, burada mən pulumu ödəyirəmsə artıq övladıma burada keyfiyyətli bir xidmət təklif olunur. Ödənişli olduğu üçün həmçinin burada çalışan mütəxəssislərə də dövlət baxçaları ilə müqayisədə yaxşı əməkhaqqı verilir. Eyni zamanda orada verilən yeməklər keyfiyyətlidir. Digər tərəfdən oranın bütövlükdə infrastrukturu daha genişdir, uşaqların asudə vaxtlarının səmərəli həyata keçirilməsi və başqa səbəblər burada çox böyük rol oynayır. Ümumilkdə xidmət keyfiyyətlidirsə təbii ki, qiymətlər baha olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə