Son vaxtlar ölkədə bəzi vergi dərəcələrinin artırılması barədə müzakirələr cəmiyyətin diqqət mərkəzinə çevrilib. Maraqlıdır, bu addım dövlət büdcəsinə əlavə gəlir qazandırmaqla yanaşı, sosial sahəyə, xüsusilə pensiya və təqaüdlərin artırılmasına yönələ bilərmi? Vergi artımı sosial xərclərə necə təsir edə bilər? Bu addım iqtisadiyyat üçün hansı riskləri yarada bilər?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, əslində burada söhbət birbaşa vergi dərəcələrinin artırılmasından yox, müəyyən dövr üçün tətbiq edilmiş vergi güzəştinin başa çatmasından gedir.
Onun sözlərinə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşlar üçün gəlir vergisinə tətbiq edilən 7 illik güzəşt müddəti artıq sona çatır: "Bu səbəbdən, həmin sektor üzrə vergi dərəcələri yenidən qüvvəyə minəcək. Yeni mexanizmə əsasən, aylıq gəliri 2500 manata qədər olan əməkdaşlardan 3 faiz gəlir vergisi tutulması nəzərdə tutulur. Bu dəyişikliklər sosial istiqamətlərin maliyyələşdirilməsində, o cümlədən pensiyaların, təqaüdlərin və sosial yardımların artırılmasında mühüm rol oynaya bilər. Dövlətin əsas məqsədi sosial rifahın yüksəldilməsi, vətəndaşların gəlirlərinin sabitliyinin qorunmasıdır.
Vergi güzəştlərinin tədricən aradan qaldırılması iqtisadiyyatın kölgə sektorunu azaldaraq şəffaflığı artıra bilər. Lakin eyni zamanda bu proses sosial sabitliyi qorumaq məqsədilə mərhələli şəkildə həyata keçirilməli, xüsusilə aztəminatlı əhali qruplarının müdafiəsi üçün kompensasiya mexanizmləri işlənməlidir. Vergi dərəcələrinin tənzimlənməsi yalnız büdcə gəlirlərini artırmaq deyil, həm də iqtisadi sabitliyin və sosial balansın qorunması baxımından strateji əhəmiyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB