“Aurora məni şirin hədiyyələrlə sevindirir...”

Qriqori Leps 18 yaşlı sevgilisinin onu necə əzizlədiyini açıqlayıb

...Qriqori Leps Rusiyanın ən uğurlu musiqiçilərindən biridir. O, bunu qayğının əlaməti hesab edərək həmişə qadınlarını bahalı hədiyyələrlə əzizləyib. İndi o, 18 yaşlı gəlini Aurora Kibanın səxavətli sürprizlərinin obyektinə çevrilib.

Aurora varlı bir ailədə böyüyüb və sevdiyi adama dəbdəbəli hədiyyələr verməyə imkanı var. Lepsin fikrincə, bu, çox gözəldir. O etiraf edir ki, indiyədək hədiyyə şəklində bu qədər diqqət görməyib.

...Əvvəllər heç vaxt bu qədər hədiyyə almamışdım. O, bunu zərif və zövqlə edir: gözəl qablar, yüksək keyfiyyətli büllur.

SİA-nın məlumatına görə, Qriqori Filipp Kirkorovun “Qara Pantera” videosunun premyerasında deyib.

Müğənni hesab edir ki, qadın üçün ən yaxşı hədiyyə zinət əşyaları və bahalı çantalardır. O, artıq sevdikləri üçün yeni il sürprizləri hazırladığını da paylaşıb.

62 yaşlı sənətçi evlənmək arzusundan açıq danışır, amma hələlik gözləməli olacaq - Aurora dizayner olmaq üçün təhsil aldığı Londona təhsil almağa getdi və o, onu tam dəstəkləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə