Kəlbəcər adı çəkiləndə ilk yada düşən təbii sərvətlərdən biri İstisu mineral bulaqlarıdır. Yüksək dağlıq ərazidə yerləşən bu termal mənbələr həm suyunun temperaturu, həm mineral tərkibi, həm də uzun illər formalaşmış kurort ənənəsi ilə Kəlbəcərin ən tanınmış təbii sərvətlərindən biridir.
İstisu yalnız mineral su mənbəyi deyil. Burada XX əsrin əvvəllərindən etibarən müalicə-istirahət infrastrukturu formalaşıb, sovet dövründə ümumittifaq əhəmiyyətli kurort kimi fəaliyyət göstərib. 1993-cü ildə Kəlbəcərin işğalından sonra bu tarix yarımçıq qalıb. 2020-ci ildə rayonun azad edilməsindən sonra isə İstisu yenidən quruculuq layihələrinin əsas istiqamətlərindən birinə çevrilib.
İstisu Kəlbəcər rayonunun qərb hissəsində, yüksək dağlıq ərazidə yerləşir. İstisu mineral suları Tərtər çayının mənbə hissəsində yerləşən hidrogeokimyəvi zonaya daxildir və burada Yuxarı İstisu, Aşağı İstisu və Kəlbəcər mineral su qruplarına ayrılır.
İstisu tarixinin ən maraqlı tərəflərindən biri onun sadəcə təbii bulaq kimi deyil, mineral suyun xüsusiyyətləri araşdırıldıqca ərazidə müalicə-istirahət infrastrukturu yaradılıb.
Azərbaycan Prezidentinin rəsmi saytında verilən məlumata görə, İstisu sanatoriyası 1927-ci ildə fəaliyyətə başlayıb və keçmiş Azərbaycan SSR-də ittifaq əhəmiyyətli ikinci böyük kurort hesab olunub. Sanatoriyanın ərazisində üç yataq korpusu, müalicəvi vanna binası və poliklinika korpusu fəaliyyət göstərib. Sovet dövründə kurort ildə təxminən 50 min nəfər qəbul etmək imkanına malik olub.
1920-ci illərin sonundan etibarən İstisu artıq yalnız yerli əhali üçün tanınan bulaq deyil, müalicə və istirahət məkanı kimi formalaşmağa başlayıb.
1950-ci illərdə isə kurortun infrastrukturu daha da genişləndirilib. Prezident Kitabxanasının Kəlbəcərlə bağlı materialında 1951-ci ildə Yuxarı İstisuda vannalar, kurort xəstəxanası və mehmanxananın tikildiyi qeyd olunur.
.jpg)
İstisu bulaqlarının əsas xüsusiyyətlərindən biri suyunun temperaturudur. Təbii temperatur 60°C-dən yuxarı olur. 2022-ci ildə yeni zavod üçün qazılmış quyuda isə suyun temperaturunun 60–65°C olduğu açıqlanıb.
Suyun mineral tərkibi də onun əsas xüsusiyyətlərindəndir. Bir litr suda mineral maddələrin miqdarının 6,7 qrama qədər, tərkibində litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər komponentlər var.
Elmi materiallarda İstisu-Kəlbəcər hidrogeokimyəvi zonasında Yuxarı və Aşağı İstisu mineral su qruplarının olduğu, Yuxarı İstisu sularının balneoloji baxımdan əhəmiyyət daşıdığı qeyd edilir.
2024-cü ildə “Yuxarı İstisu” yatağından götürülmüş nümunələr Almaniyanın SGS Institut Fresenius GmbH laboratoriyasında analiz edilib. Bu analizlər və balneoloji rəylər əsasında suyun fizioloji, metabolik və müalicəvi təsirlərinin qiymətləndirildiyi bildirilir. İstisunun tarixində növbəti böyük mərhələ mineral suyun sənaye üsulu ilə qablaşdırılmasıdır.
“İstisu” mineral suyunun sənaye istehsalı 1976-cı ildə başlanılıb. Bu məhsul sonradan Kəlbəcərin ən tanınan brendlərindən birinə çevrilib.
1980-ci illərdə ərazidə daha böyük mineral su istehsalı infrastrukturu yaradılıb. Prezidentin rəsmi saytında 1981-ci ildə əvvəlki “İstisu” mineral su zavodunun inşa edildiyi, onun 1991-ci ilin sonlarında fəaliyyətini dayandırdığı bildirilir.
1993-cü ilin aprelində Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra İstisunun normal fəaliyyəti dayanıb.
Kəlbəcərin 2020-ci ildə işğaldan azad edilməsindən sonra İstisu ilə bağlı yeni mərhələ başladı. Artıq məqsəd yalnız köhnə sanatoriyanı bərpa etmək deyil, İstisunu müasir müalicə və turizm infrastrukturu ilə yenidən formalaşdırmaqdır.
26 iyun 2022-ci ildə “İstisu” mineral su zavodunun və yeni sanatoriyanın təməli qoyuldu. 2024 cü ildə “İstisu” suyu yenidən bazara qayıtdı

2 sentyabr 2024-cü ildə Kəlbəcərdə yeni “İstisu” mineral su zavodunun açılışı olub.
Yeni zavodun illik istehsal gücü 100 milyondan çox şüşə butulkadır. Müəssisədə Almaniyanın “Krones” şirkətinin avtomatlaşdırılmış istehsal xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemlərindən istifadə olunur. Zavod iki növbəli rejimdə fəaliyyət göstərir və təxminən 100 nəfər çalışır.
İstisu layihəsinin digər əsas istiqaməti yeni müalicə-istirahət kompleksidir. Kompleksin ümumi ərazisi 80 min kvadratmetr təşkil edir. Komleksdə:
145 otaqlı hotel
10 kottec
5 inzibati bina
10 min kvadratmetrlik SPA mərkəzi
16 açıq və qapalı hovuz
termal hamamlar
müalicəvi termal vannalar
hidroterapiya hovuzları
isti və soyuq su ilə kontrast terapiya hovuzu
buxar və duz otaqları
müalicəvi palçıq prosedurları
masaj və digər prosedur otaqları var.
Kompleksdə mineral sularla müalicə ilə yanaşı, pelioidterapiya — palçıqla müalicə və klimatoterapiya — iqlim müalicəsi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB