Sankt-Peterburqda Prosveşeniya prospektində yerləşən apart-otelin qapalı yeraltı dayanacağından bir nəfərin 2,5 milyon rubl dəyərində Toyota Camry markalı avtomobili oğurlanıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburqdakı MK hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
...Hətta həyəcan siqnalı da avtomobili xilas etməyib. Jurnalistlərin sözlərinə görə, bina darvazası və şlaqbaumlu hasarla əhatə olunub. Oğurluq faktı ilə bağlı cinayət işi başlanıb.
Polis CCTV görüntülərini öyrənir.
Bundan əvvəl Sankt-Peterburqda işıqforun qırmızı işığında yolu keçən qadını maşın vurub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə