Məşhur rusiyalı model Natalia Vodianova Türkiyənin hər yerində davam edən meşə yanğınlarına biganə qalmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çılpaq Ürək Vəqfinə gəlir təmin etmək üçün keçən həftə Bodrumda bir qala gecəsi təşkil edən və dünyanın jet təyyarəsini Bodrumda bir araya gətirən Vodianova, 2,9 milyonu aşan "İnstagram" hesabından Türkiyəyə kömək etməyə çağırıb. TEMA Vəqfindən paylaşılan açıqlamasında Natalia Vodianova bunları deyib: "Bir çox təbii meşə qoruğunun yaşadığı gözəl Türk rivierasının yandığını görmək mənim ürəyimi ağrıdır. Mənə qoşulun və birlikdə ağac əkmək və daha parlaq bir gələcək qurmaq üçün TEMA Vəqfinə ianə edin".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə