MDB Hökumət Başçılarının toplaşacağı yer və vaxt bilindi

Dekabrın 12-də MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının MDB-nin nizamnamə və digər orqanlarındakı daimi nümayəndəsi Andrey Qrozov məlumat verib.

"MDB ölkələrinin hökumət başçılarının şurası dekabrın 12-də Moskvada keçiriləcək", - o, jurnalistlərə bildirib.

MDB Hökumət Başçıları Şurası MDB-nin ali orqanıdır və ona iştirakçı dövlətlərin bütün birinci şəxsləri daxildir.

Qeyd edək ki, şuranın iclası hər il keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə