...Bütün modellər üzrə orta göstərici təxminən 45,6 faiz təşkil edir. Tədqiqatçılar qeyd edirlər ki, avtomobillərin köhnəlmə dərəcəsi seqmentdən asılıdır.
SİA-nın məlumatına görə, mütəxəssislər beş il ərzində köhnəlmə dərəcəsini müəyyən etmək üçün 2024-cü ilin martından 2025-ci ilin fevralına qədər satılan 5 il yaşı olan 800 000-dən çox işlənmiş avtomobili təhlil ediblər.
Söhbət Amerika avtomobil bazarından gedir.
iSeeCars-a görə, nadir və ya kommersiya avtomobilləri nəzərə alınmayıb. İdman avtomobilləri ən az dəyər itirir; məsələn, Porsche 911 beş il ərzində 19,5 faiz dəyər itirib. Porsche 718 Cayman-ın qiyməti 21,8 faiz ucuzlaşıb. İlk 5-liyə həmçinin Toyota Tacoma (26 faiz), Chevrolet Corvette (27,2 faiz) və Honda Civic (28 faiz) daxildir.
Onların ardınca Toyota Tundra, Toyota Corolla, Honda HR-V, Toyota Prius, Subaru Impreza, Toyota RAV4 və başqaları gəlir.
Siyahıda ümumilikdə 25 avtomobil var.
Bununla yanaşı, Jaguar I-Pace digərləri ilə müqayisədə daha çox ucuzlaşıb - beş il ərzində 72,2 faiz.
Autsayderlər arasında BMW 7 Series (67,1 faiz) və Tesla Model S (65,2 faiz) olub.
Həmçinin Range Rover, Nissan Leaf, BMW 5 Series, Nissan Armada avtomobillərinin qiyməti xeyli aşağı salınıb. Tədqiqatçılar qeyd edirlər ki, avtomobillərin amortizasiya dərəcəsi seqmentdən asılıdır: elektromobillər 58,8 faiz dəyər itirir, hibridlər isə cəmi 40 faiz itirir.
Bütün modellər üçün orta göstərici 45,6 faizə qədərdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə