Viktor Osimhen karyerasını A seriyasında, “Yuventus”da davam etdirmək istəyir. SİA xəbər verir ki, jurnalist Alfredo Pedullanın sözlərinə görə, hücumçu “Əl-Əhli” və “Əl-Hilal”ın marağına baxmayaraq, Səudiyyə Ərəbistanında oynamaq istəmir. Sonuncu futbolçunu ildə 30-35 milyon avro maaşla təmin etməyə hazırdır. Bundan əvvəl Turin klubunun bonuslar da daxil olmaqla forvard üçün “Napoli”yə 85 milyon avro təklif etməyə hazır olduğu da bildirilirdi. Forvard cari mövsümü icarə əsasında “Qalatasaray” da keçirib. Türkiyədə 38 matçda 33 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə