Diqqətli oxuculara məlumdur ki, Space kanalında "Plus minus" verilişinin aparıcılarından olan Günel Hümbətova müğənni olmağa hazırlaşırdı. Aparıcı SİA-ya verdiyi açıqlamasında qeyd etmişdi ki, o, ifaçılığa çox iddialıdır.

Bu yaxınlarda tamaşaçılara mahnı təqdim edəcəyini açıqlayan Günel sözünün üstündə dayanaraq ilk musiqisini üzə çıxardı. Özünəməxsus səsə malik Günel ifasını artıq internet istifadəçilərinin ixtiyarına buraxıb.

Qeyd edək ki, Günelin ilk mahnısı "Gizli sevgim" adlanır. Mahnının musiqisi Hacı Nazim Məmmədova, sözləri Altay Yaşara aranjemanı isə Cavid Cavadoğluna məxsusdur.

Xatırladaq ki, Günel Hümbətova "Yeni ulduz" mahnı müsabiqəsində ifaçı qismində iştirak edib və yarışmada 8-ci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...