Daha bir insana donuz böyrəyi köçürüldü

ABŞ xəstəxanalarından birində daha bir insana donuz böyrəyi köçürülüb.

SİA-nın məlumatına görə, beyin ölümü keçirmiş insana geni dəyişmiş donuzun böyrəyi köçürülüb.

Həkimlərin dediyinə görə, 57 yaşlı insana köçürülən böyrək qanı süzüb, sidik xaric edib. Orqanizm bu əməliyyatı qəbul edib.
Qeyd edək ki, ötən həftə də başqa bir pasientə donuz böyrəyi köçürülüb. Bu tədqiqatlarda məqsəd transplantasiya üçün ucuz orqan bazası yaratmaqdır. Hər il dünyada minlərlə pasient donor tapılmadığı üçün dünyasını dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...