"Abdulhamid Han" qazma gəmisi Aralıq dənizində kəşfiyyata başladı

Türkiyənin "Abdulhamid Han" adlı qazma gəmisi Aralıq dənizində kəşfiyyat işlərinə başlayıb. SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib. “Gəmimiz “Abdülhəmid Han” Yörüklər-1 yatağında tədqiqat işlərinə başlayıb”, - deyə agentlik nazirin “Twitter” səhifəsində yazıb.

Daha əvvəl “Armenia Today” xəbər verib ki, Türkiyə avqustun 9-da Aralıq dənizinin şərqində qaz yataqlarının kəşfiyyatı üçün yeni qazma gəmisi göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə