ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür

ADSEA intensiv yağışlar zamanı su toplantısının qarşısını almaq üçün tədbirlər görür

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Su Təchizatı intensiv yağışlarla bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

SİA bu barədə ADSEA-ya istinadən xəbər verir.

Məlumata görə, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir.

"Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.

Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.

Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri davam etdirilir", - ADSEA bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə