Dövlət Turizm Agentliyinin (DTA) nümayəndə heyəti oktyabrın 25-27-də Qətərin paytaxtı Dohada keçirilən IX Dünya İnvestisiya Forumunda iştirak edib.
SİA agentliyə istinadən xəbər verir ki, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Qətər Dövlətinin birgə təşkilatçılığı ilə "Gələcəyə investisiya" mövzusunda keçirilən forum dayanıqlı inkişaf, beynəlxalq investisiyaların təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub.
DTA-nın nümayəndə heyətinin forumda iştirakı Azərbaycanın turizm sektorunun investisiya potensialının tanıdılması, turizm və rekreasiya zonaları çərçivəsində beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması və potensial investorlarla əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.
Forum çərçivəsində investisiyaların təşviqində rəqəmsal yanaşmalar, mədəni və yaradıcı sənayelərə investisiyaların cəlb edilməsi, yaradıcı ekosistemlərin investisiyaya hazırlığı, eləcə də iqlim, təbiət və rifah naminə əməkdaşlıq mövzularına həsr olunmuş sessiyalar keçirilib. Müzakirələrdə maliyyə resurslarına və beynəlxalq bazarlara çıxış, institusional əməkdaşlıq, dayanıqlı infrastrukturun inkişafı və yerli icmalar üçün iqtisadi imkanların yaradılması məsələləri diqqət mərkəzində olub.
Forum zamanı keçirilən görüşlərdə və fikir mübadilələrində Azərbaycanın turizm və rekreasiya zonalarında turizm, qonaqpərvərlik, sağlamlıq və rekreasiya, eləcə də mədəni və yaradıcı fəaliyyətlər sahələrində mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. İnvestorlar üçün xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq təcrübə mübadiləsi, özəl investisiyaların cəlb edilməsi və ekoloji dayanıqlılığı dəstəkləyən infrastrukturun inkişafı potensial əməkdaşlıq istiqamətləri kimi müzakirə olunub.
Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər şəraitində qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət qurumlarının, investorların, biznes liderlərinin və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirir. Forum çərçivəsində investisiya siyasəti, süni intellektə investisiyalar, dayanıqlı maliyyə və biznes, iqlim və ətraf mühit, okeanların qorunması, investisiyaların təşviqi, xüsusi iqtisadi zonalar, sahibkarlıq, turizm və mədəniyyət kimi istiqamətlər üzrə tədbirlər və müzakirələr keçirilir.
Xəbər lenti
Prezidentdən dünyaya qəti və birmənalı mesaj - MƏQALƏ
Siyasət 16:37Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
İqtisadiyyat 16:29"Qarabağ" 6 000 manat cərimələnib
İdman 16:29Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub
İqtisadiyyat 16:28“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Texnologiya 16:19Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib
İqtisadiyyat 13:04"OTP Kodunu Heç Kimə Deməyin" - MÜTƏXƏSSİS
Texnologiya 12:38Bakı metrosunda baş vermiş faciədən 31 il ötür
Hadisə 12:26Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrdir
İqtisadiyyat 10:48Azərbaycan nefti 122 dollara satılır
İqtisadiyyat 10:19Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 10:18Azərbaycan nefti 122 dollara satılır
İqtisadiyyat 09:47Naxçıvanda yeniyetmə bıçaqlanıb
Hadisə 05:04Aygün Bəylərin bacıları bir-birindən imtina edib? - şok açıqlama
Şou-Biznes 04:06Ermənistanın Bərdədə törətdiyi terror aktından 6 il ötür
Siyasət 03:05"Barselona" bu futbolçuya görə CƏRİMƏLƏNDİ
İdman 02:21Braziliyada prezidentliyə namizəd ölkədən QAÇIB!
Dünya 02:02Ramiz Mehdiyevin müsadirə edilən əmlakları- SİYAHI
Sosial 00:01İsmayıl Kartal "Fənərbaxça"dan getdi
İdman 27 Oktyabr 23:19Brüsseldə Azərbaycan-Aİ beyin mərkəzlərinin I Forumu keçirilib
Siyasət 27 Oktyabr 23:03Zelenski Moskvaya gedir? - Putin təsdiqlədi
Dünya 27 Oktyabr 22:31İran parlamentinin sədrindən Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA
Dünya 27 Oktyabr 22:19Ramiz Mehdiyevə 14 illik HƏBS CƏZASI
Siyasət 27 Oktyabr 22:02Sizi daha uğurlu edəcək vərdişlər...
Sosial 27 Oktyabr 21:52Dövrün sonu...
Dünya 27 Oktyabr 21:27BMW işçilərə işdən çıxacaqları təqdirdə yüksək ödəniş təklif edir...
Texnologiya 27 Oktyabr 21:06Döğum günü TƏBRİKİ
Maraqlı 27 Oktyabr 20:53Atlantic Council: Tramp və Putinin planları uğursuzluğa zəmanət verir...
Dünya 27 Oktyabr 20:51Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8907
-0,42%
-
GBP
2,2601
-0,32%
-
RUB
2,1118
+0,39%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



