Azərbaycanın Asiya-Sakit Okean regionunda turizm imkanlarının tanıdılması və beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir.
SİA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqştşmid Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxışı zamanı bildirib.
O qeyd edib ki, tərəfdaşlıq çərçivəsində anlaşma memorandumunun imzalanması əməkdaşlıqda yeni mərhələdir. Sənəd Azərbaycanın regionda tanıdılması və turizm sənayesinin nümayəndələri ilə əlaqələrin gücləndirilməsi də daxil olmaqla dörd əməkdaşlıq istiqamətini əhatə edir.
Florian Zenqştşmid tədbirin təşkilində iştirak edən PATA və Dövlət Turizm Agentliyinin komandalarına təşəkkürünü bildirib. O, işgüzar görüşlərin uğurlu keçəcəyinə ümidvar olduğunu və iştirakçıları gələcəkdə yenidən Azərbaycanda qarşılamaqdan məmnunluq duyacaqlarını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB