“Azərbaycanın PATA ilə əməkdaşlığı turizm əlaqələrinin inkişafına töhfə verəcək” - HENRİ OH

“Azərbaycanın PATA ilə əməkdaşlığı turizm əlaqələrinin inkişafına töhfə verəcək” - HENRİ OH

Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) turizm biznesinin inkişafında beynəlxalq əlaqələrin qurulması və tərəfdaşlığın genişləndirilməsində mühüm rolu var. Bu əməkdaşlıq turizm bazarları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə imkan yaradır.

SİA xəbər verir ki, bunu PATA-nın sədri Henri Oh Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” tədbirində çıxışı zamanı bildirib.

O, atasının 1962-ci ildə Koreyada turizm sektorunun hələ inkişaf etmədiyi dövrdə PATA-ya qoşulduğunu və ABŞ, Yaponiya, Avstraliyadan olan tərəfdaşlarla əlaqələr qurduğunu xatırladıb. Henri Oh qeyd edib ki, şirkətlərinin beynəlxalq turizm sahəsində əldə etdiyi uğurlarda assosiasiyanın mühüm rolu olub.

PATA sədri Azərbaycanın assosiasiya ilə əməkdaşlığa başlamasını düzgün qərar kimi qiymətləndirib. O bildirib ki, Asiya ölkələrindən dəvət olunan 15 turizm alıcısı Azərbaycana səfər edərək ölkənin qonaqpərvərliyi və turizm imkanları ilə tanış olacaq.

Henri Oh qonaqları öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın turizm potensialını tanıtmağa və ölkəyə turist axınının artırılmasına töhfə verməyə çağırıb. O, Azərbaycanın PATA ailəsinə qoşulmasını alqışlayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə