”Orta səviyyədə yeddi böyük qlobal təşəbbüs mövcuddur. Bunlara “Bir Kəmər, Bir Yol”, Süni İntellekt (AI), Beyond, Zong və digər əsas təşəbbüslər daxildir. Bu təşəbbüslər Çin’in qloballaşma strategiyasının əməliyyat sütunlarını təşkil edir”.
SİA xəbər verir ki, bu sözləri Gallen Universitetinin Çin Kompetensiya Mərkəzinin sabiq direktoru Josef Mondi XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
”Onlar bir-biri ilə koordinasiya olunub və inteqrasiya edilib; yəni müstəqil layihələr kimi nəzərdən keçirilməməlidir. Çox vaxt biz “Bir Kəmər, Bir Yol” layihəsinə fokuslanırıq və onun çərçivəsində ilişib qalırıq, sonra isə “Şanxay Əməkdaşlıq Təşkilatı”nı ayrıca blok kimi görürük. Bu sadəlövhlük və qərb mərkəzli baxış bucağını bir kənara qoymalı, qlobal və regional bütün prosesləri böyük şəkil kontekstində qiymətləndirməliyik.
Bu üç təbəqəli yanaşma, həm strateji baxışın konseptual əsasını təmin edir, həm də praktik icra mexanizmlərini təşkil edir. Yuxarı səviyyədə qlobal vizion müəyyən olunur, orta səviyyədə əməliyyat təşəbbüsləri həyata keçirilir və aşağı səviyyədə isə bu təşəbbüslərin icrası və koordinasiyası, yerli və regional aktorların iştirakı ilə reallaşır. Nəticədə bu yanaşma qlobal idarəetməni daha çevik, nəticəyönümlü və iştirakçı dövlətlər üçün cəlbedici edir, həmçinin qloballaşmanın müxtəlif aspektlərini sistematik və sinxron şəkildə inkişaf etdirməyə imkan yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB