ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində tikilməkdə olan böyük tunelin bir hissəsinin çökdüyü və təxminən 1 saat qapalı qalan 31 işçinin xilas edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Los-Anceles yanğınsöndürmə səlahiyyətliləri, şəhərdə tikilməkdə olan böyük tunelin bir hissəsinin çökdüyünü və 31 işçinin girişdən təxminən 6 mil (9,6 kilometr) kənarda qaldığını açıqlayıb.
Los-Anceles meri Karen Bass sosial mediada dağıntılar altında qalan bütün işçilərin çökmədən təxminən bir saat sonra xilas edildiyini açıqlayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə