...Son üç il ərzində Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Polşa ərazisində Belarus və Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən 42 nəfər saxlanılıb.
SİA xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyinin rəhbərinin mətbuat katibi və Xüsusi Xidmətlər üzrə nazir-koordinatoru Yaçek Dobrzinskinin X sosial şəbəkəsində verdiyi məlumatda deyilir.
O qeyd edib ki, xarici xidmətlərin Polşa ərazisində düşmənçilik fəaliyyətinin zərərsizləşdirilməsi hazırda Daxili Təhlükəsizlik Agentliyinin ən mühüm vəzifələrindən biridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə