XİN Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkilini çağırıb

Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili Dace Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

...Xarici İşlər Nazirliyi Rutkeyə bu Baltikyanı dövlətdə Rusiyanın tarixi və mədəni irsinin növbəti dağıdılması dalğası ilə bağlı kəskin etirazını bildirib.

...Söhbət xüsusən də hərbi lider Barklay de Tollinin abidəsinin, Puşkinin xatirə lövhəsinin və Kernin büstünün sökülməsindən gedir. Rutkaya bildirilib ki, latviyalı rusofobların yuxarıda qeyd olunan qərəzli hərəkətləri dərin əxlaqsızlıqdır və sivil dünyada qəbuledilməzdir.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin YUNESKO və digər müvafiq beynəlxalq qurumları “bu cür vəhşi hərəkətləri pisləməyə” çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə