Budapeşt Avropa İttifaqının genişlənməsini dəstəkləyir

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Macarıstanın Avropa İttifaqına (Aİ) sədrliyinin prioritetlərindən biri kimi, bəzən “Avropa dövlətlərinin siyasi ailəsi” adlandırılan Aİ-nin genişlənməsi prosesinin sürətləndirilməsini vurğulayıb.

SİA xəbər verir ki, Nyeredhaza Universitetinin professor-müəllim heyəti qarşısında mühazirə ilə çıxış edən nazir prosesin uğurunu proqnozlaşdıraraq, mövcud vəziyyəti bu uğurun “müqəddiməsi” adlandırıb. Nümunə olaraq o, Monteneqro, Şimali Makedoniya və Albaniyanın addımlarını göstərib. Siyarto deyib: “Uzun illərdən bəri uzanan üzvlük prosesinin daha bir fəslini tamamlamaq üçün yaxşı şans var”.

“Əgər biz Balkan ölkələrinin ittifaqımıza daxil olması ilə bağlı Aİ-nin sonuncu üzv dövlətlərinin müqavimətini dəf edə bilsək, onun uğurlu genişlənməsinə ümidimizi bərpa edəcəyik”, - deyə Macarıstanın xarici işlər naziri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə