Allah kimisə cəzalandırmaq istəyəndə, əvvəlcə onun...

Ermənistan özünüqoruma instinktinin qalıqlarını itirib...

...Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq Rusiya Federasiyasının prezidenti Vladimir Putini persona non-qrata elan edib.

Qeyd edək ki, bu, bir şəxsin ölkədə arzuolunmaz olması üçün diplomatik termindir.

Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitini Ermənistanda keçirməkdən imtina edib və qeyd edib ki, Aİİ liderlərinin heç də hamısı xoş niyyətli qonaqlar deyil.

O, həmçinin, Ermənistanın özünü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarda hesab etdiyini və təşkilata qayıdacağının mümkünsüzlüyünü də bəyan edib.

Paşinyan xatırladıb ki, Ermənistan 1991-ci ildə SSRİ-nin saxlanılması ilə bağlı referendumda və Novo-Oqaryovoda yeni birlik müqaviləsinin hazırlanmasında iştirak etməyib.

SİA-nın məlumatına görə, bunu 360.ru yazır.

Erməni nazir qeyd edib ki, erməni xalqı Rusiya ilə heç bir əlaqədə olmaq və hər hansı təşəbbüsü sabotaj etmək istəmir.

Onun fikrincə, yanlış “xalqlar dostluğu” ideyasına əsaslanaraq, qonşu ölkələrlə bağlı xarici siyasətə yenidən baxmaq lazımdır.

Paşinyan və tərəfdarları başa düşmürlər ki, Rusiya ilə qeyri-dost münasibətlər Ermənistanın Türkiyə vilayətinə çevrilməsinə gətirib çıxara bilər.

Təbii ki, bu rusların fikirləridir.

...Deməli, rusiyalı publisist Belov deyir ki, ermənilər bizə “işğalçı” deyirlər? Yaxşı, qoy fərqi hiss etsinlər.

Belovun dediyinə görə, bizə arxadan bıçaq vurmaq üçün sadəcə olaraq məqam gözləyən “müttəfiqin” (...yəni erməninin-A.B.) müdafiəsinə niyə qalxmalıyıq? Prezident Putinə qarşı təhqirlər və Avrasiya İqtisadi İttifaqı sammitindən imtina fonunda Ermənistanın bu təşkilatdan çıxması məsələsinə baxmağa dəyər ola bilər. Onlar hər şeyi almaq istəyirlər, amma heç nə vermək istəmirlər.

Qeyd etdiyimiz kimi, bunu da rusiyalı publisist deyir və əlavə edir ki,..Qərbə getmək istəyirsinizsə, gedin, amma yardıma ehtiyacınız olanda kömək istəməyin. Amma sizin yardıma mütləq ehtiyacınız olacaq, çünki Allah kimisə cəzalandırmaq istəyəndə, əvvəlcə onu ağıldan məhrum edər. Bax, indi siz həmin məqmdasınız...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə