"Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək." SİA xəbər verir ki, bu barədə Litvanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında deyib.
"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq".
O, Andorra ilə görüşdə bəzi əsas futbolçulara istirahət verməsinə münasibət bildirib: "Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB