"Bakıya qələbə üçün gəlmişik" - Litvalı baş məşqçi

4 Oktyabr 2026 01:22 (UTC+04:00)

"Azərbaycan millisi ilə oyunda heç-heçə Litva yığmasına kifayət etməyəcək." SİA xəbər verir ki, bu barədə Litvanın baş məşqçisi Edqaras Yankauskas Bakıdakı mətbuat konfransında deyib.

"Komandanın düşüncəsində "heç-heçə bizə kifayətdir" fikri yaranmamalıdır. Bakıya qələbə üçün gəlmişik. Qarşılaşmaya da bu düşüncə ilə çıxacağıq".

O, Andorra ilə görüşdə bəzi əsas futbolçulara istirahət verməsinə münasibət bildirib: "Məncə, bu, doğru qərardır. Əsas oyunçuların yorğunluğu hiss olunurdu. Eyni zamanda ehtiyatdakı futbolçular da özlərini göstərmək istəyirlər".

Mətləb