Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dekabrın 4-də səhər saatlarında yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. SİA xəbər verir ki, bu gün 48 ailə olmaqla, 164 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə